Paşinyandan sülh müqaviləsi ilə bağlı - AÇIQLAMA

“Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətni üzrə danışıqlar mətn üzrə razılaşma ilə başa çatıb ki, bu da mühüm hadisədir”.
Avtosfer.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlament binası yaxınlığında jurnalistlərlə deyib.
“Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, imzalanma tarixləri və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan Xarici İşlər Nazirliyi ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanat yayıb. Onların öz ideyaları var, bizim öz ideyamız var və güman edirəm ki, bu müzakirələr zamanı biz bu ideyaları bir-birinə yaxınlaşdırmağa çalışacağıq”. Paşinyan qeyd edib.
Qeyd edək ki, Azərbaycan XİN bu gün rəsmi bəyanatla çıxış edərək Ermənistanla sülh müqaviləsi mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. Ermənistan XİN də Azərbaycanla sülh sazişinin mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. Bundan əlavə, İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











