Paytaxda reyd keçirilib, obyekt rəhbərlərinə ciddi xəbərdarlıq edilib - FOTO

Yasamal rayonu ərazizində Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri və rayonda yaradılan Operativ Qərargahın üzvlərinin iştirakı ilə fəaliyyətinə icazə verilən bir sıra obyektlərə baxış keçirilib. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, reydlər zamanı bəzi obyektlərdə çatışmamazlıqlar aşkar edilmişdir. Belə ki, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsindəki “OBA” marketdə və “Qrandmart” supermarketində nöqsanlar müəyyən edilərək onların dərhal aradan qaldırılması üçün obyekt sahiblərinə ciddi tapşırıqlar verilib. Reydin nəticəsi olaraq “OBA” marktin məsul işçisi Qənbərov Ağakərim və “Qrandmart” supermarketinin işçisi Paşayev Elgiz İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 100 manat cərimə edildi, obyektlərin rəhbərləri isə ciddi xəbərdarlıq edildilər. Reyd iştirakçıları tərəfindən obyektlərdə işçi heyətə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, parça maska, respirator və s. kimi vasitələrdən istifadə olunması barədə üçün müvafiq göstərişlər verilib.



Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər












