Paytaxt mağazalarında sosial izolyasiya qaydalarına necə riayət olunur? - FOTO - VİDEO

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə mütəmadi olaraq dövlət qurumları tərəfindən qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər aparılır.
“Report”un çəkiliş qrupu bu məqsədlə paytaxtdakı bəzi mağazalara yollanıb.
Yasamal, Nəsimi, Nizami, Xətai, Sabunçu və Xəzər rayonu ərazisindəki bəzi mağazalarda aparılan çəkiliş zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına, eləcə də koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə riayət olunduğu müşahidə olunub.

Mağazaların daxili girişində müştərilərin hərarətinin yoxlanılması, əllərinin spirt vasitəsilə dezinfeksiya edilməsi üçün bir neçə əməkdaş cəlb olunub.
Bununla da, müştərilərin yalnız hərarəti yoxlanıldıqdan və əlləri spirtlə dezinfeksiya edildikdən sonra mağazaya daxil olması mümkündür. Hərarəti olan və tibbi maskadan istifadə etməyən müştərilər mağazalara buraxılmır.
Bundan əlavə, mağazaların içərisində müştərilərin sosial izolyasiya qaydalarına əməl etmələri üçün xüsusi maarifləndirici məlumatların əks olunduğu nişanların yerləşdirildiyi də müşahidə edilib. Nişanlarda sosial məsafə saxlanılması tələb olunub.
Çəkiliş zamanı market müdirləri bildirib ki, gün ərzində işçi heyətinin də 2-3 dəfə hərarəti yoxlanılır və onlara şəxsi gigiyenik qaydalara əməl etmələri üçün müvafiq tövsiyələr verilir.

Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












