Paytaxtda əmanətçilər etiraz aksiyası keçirib - VİDEO

Bu gün ləğv prosesində olan “Amrah Bank” ASC-nin bir qrup əmanətçisi Azərbaycan Mərkəzi Bankının (AMB) qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları ötən il iyulun 1-dən sonra bankda yerləşdirdikləri əmanətlərin geri qaytarılmamasına etiraz ediblər.
Əmanətçi Fərhad Orucov “Report”a bildirib ki, 2018-ci ildə “Amrah Bank”ın “Güvən Əmanət”i adlı layihəsi çərçivəsində depozit yerləşdirib: “Həmin vaxt manat əmanətlərinin sığortalanma faizi 15% idi, mən isə illik 13%-lə qoymuşdum. Daha sonra, müəyyən vaxtlarda əlavə yatırımlar etmişdik. 2019-cu il iyulun 1-dən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sığortalanma fazini 10%-ə endirdi və bundan sonra əmanətimi sığortasız hesab edirlər, halbuki biz əmanət hesabını 2018-ci ildə açmışdıq. İyulun 1-dən sonra qoyulan əmanətlər qaytarılmır. AMB sədrinin I müavini Alim Quliyev keçən dəfə bizə dedi ki, sizin bankda problem yoxdu, gedin münasibətlərinizi ADIF-lə tənzimləyin. Bizim də ADİF-lə heç bir münasibətimiz yoxdur. Bundan başqa, avqustun 12-də ADIF-in sədri Tural Piriyev bildirdi ki, Konstutisiya Məhkəməsinin qərarından sonra, ləğv olunmuş 4 bank üzrə bloklanmış bütün əmanətlər qaytarılacaq. Amma əmanətlər hələ də blokdadır”. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











