Paytaxtda sərt karantin rejimi tətbiq edilə bilər

Kiyevin hakimiyyət orqanları xəbərdarlıq ediblər ki, paytaxtda koronavirusun sürətlə yayılacağı təqdirdə sərt karantin rejimi tətbiq edilə bilər. Ötən gün Kiyevdə COVID-19 xəstəliyinə 180 yeni yoluxma faktı qeydə alınıb. Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bəyan edib.
O, vətəndaşları koronavirusa yoluxma təhlükəsinə ciddi yanaşmağa çağırıb.
Kliçko deyib: “Əgər xəstəlik sürətlə yayılarsa, o halda yenidən ciddi məhdudiyyətlərə qayıtmalı olacağıq. Bunun baş verib-verməməsi bu gün hər birimizdən asılıdır, ən sadə qaydalara nə dərəcədə riayət etməyimizdən, öz sağlamlığımıza necə diqqətlə yanaşmağımızdan asılıdır”.
Xatırladaq ki, Ukraynada artıq iki gündür ardıcıl olaraq yeni yoluxmaların sayında antirekord müşahidə edilir, avqustun 5-də 1318 nəfərin bu xəstəliyə yoluxması faktı təsdiqlənib.
Avqustun 5-nə olan vəziyyətə görə, Ukraynada 12 region karantinin yumşaldılmasına hazır deyil, onların arasında Kiyev də var. Ölkə paytaxtında xəstəliyin dinamikasının göstəricisi həddini aşıb. (AZƏRTAC )
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











