Paytaxtda yerüstü nəqliyyat xətlərinin çəkilməsi metroda sərnişin sıxlığını azaltmayacaq - Ekspert

Metroda sərnişin sıxlığının azaldılması üçün alternativ variant kimi yerüstü metro stansiyasının və ya tramvay, trolleybus xətlərinin çəkilməsi mümkündürmü?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "AZƏRTAC-ın sualına cavab olaraq ekspert Eldəniz Əmirov bildirib ki, Bakı şəhərində, onun mərkəzi hissəsində yerüstü xətlərin - tramvay, trolleybus və ya metronun çəkilməsi gözlənilən nəticəni verməyəcək.
O qeyd edib ki, yerüstü xətlərin tikintisi yalnız Bakının ətraf kənd və qəsəbələrində, məsələn Xırdalan, Masazır və digər istiqamətlərdə mümkündür. Paytaxtın mərkəzi hissəsində isə yeraltı metro stansiyalarının sayının artırılması daha yaxşı olardı:
“Çünki son 30 ildə şəhərsalma qaydaları çox pozulub. Şəhər infrastrukturu sahəsində həllini gözləyən müəyyən problemlər mövcuddur. Nəticə etibarilə bu gün paytaxtda hər hansı bir tramvay və trolleybus xəttinin çəkilməsi hərəkəti daha iflic edəcək. Çünki tramvay və trolleybus xətləri mövcud olarsa, onlar 2, 3 və ya 5 dəqiqə deyil, daha uzunmüddətli zaman məsafəsində işləyəcəklər. Bu baxımdan, sözügedən yolların çəkilməsi nəqliyyatın da hərəkətinə ciddi problemlər yaradacaq. Bu gün adicə velosiped və skuter zolaqlarının salınması şəhər nəqliyyatı və infrastrukturu üçün ciddi problemlərə səbəb olur”, - deyə E.Əmirov əlavə edib.
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq












