Paytaxtdadkı bəzi marşrut avtobuslarında 20 dəqiqəyə yaxın gecikmə olub

Bakıda bəzi marşrut avtobusları üzrə gecikmələr qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinin (AYNA) Monitorinq Mərkəzi məlumat yayıb.
Səhər pik saatlarında küçə və prospektlərdə olan sıxlıqlarla əlaqədar marşrut xətlərində yaranan gecikmələr və intervallar aşağıdakı kimidir:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 24-25 dəqiqə gecikmə müşahidə olunur.
2. 3-cü mkr dairəsi istiqamətində - Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 8-9 dəqiqədir.
3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-19 dəqiqə gecikmə müşahidə olunur.
4. Ak.Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə (Tbilisi prospekti və Koroğlu Rəhimov küç) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-7 dəqiqə gecikmə müşahidə olunur.
5. Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur.
6. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə müşahidə olunur.
7. Babək prospekti – Şəhər istiqamətində. Bu səbəbdən də həmin ərazidən keçən 30, 49 müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə müşahidə olunur.
8. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
9. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıqlar müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə müşahidə olunur.
10. Zabrat şosesi – Şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqə gecikmə müşahidə olunur.
11. Heydər Əliyev prospekti - Şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə müşahidə olunur.
12. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 6-7 dəqiqə gecikmə müşahidə olunur.
13. Qara Qarayev prospekti - Hər iki istiqamətdə 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqə gecikmə müşahidə olunur.
14. Xocalı prospekti - Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 marşrut xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikmə müşahidə olunur.
15. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi, Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqə gecikmə müşahidə olunur.
16. 8 Noyabr prospekti – Zığ şosesi istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 21, 32, 46, 175 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
17. Yavər Əliyev küçəsi - Aeroport şosesi istiqamətində məhdudiyyət səbəbindən 24, 35, 40, 49, 76, 78, 113, 208 və 209 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15-16 dəqiqə gecikmə müşahidə olunur.
Aeroportla Bakının əsas məntəqələri arasında servis avtobusları işləyəcək - SABAHDAN
Radikallar seçilsələr, lazımi addımlar atılacaq - İlham Əliyevdən sərt xəbərdarlıq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakı-Masallı yolunda kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO










