Paytaxtın əsas yolunda hərəkət məhdudlaşacaq

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə Neftçilər prospektinin Dəniz Vağzalının qarşısından Yusif Səfərov küçəsinədək olan hissəsində yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri icra olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, işlər sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq gündüz və gecə saatlarında növbəli şəkildə icra olunacaq. Belə ki, üfüqi nişanlanma xətlərinin çəkilişi bu gün saat 10:00-dan 16:00-dək və gecə saat 23:00-dan səhər saat 05:00-dək davam edəcək.
Bu səbəbdən sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












