Paytaxtın küçə və yollarında 60 min kv.m sahədə təmir işləri aparılıb - FOTO

Rahat gediş-gəlişin təmin edilməsi istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin küçə və yollarında orta təmir işləri aparılıb.
Azərbaycan Avtomobil Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə təmir işləri uzun müddət istismar nəticəsində yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmiş Yasamal rayonu, Əbdülvahab Salamzadə və Mikayıl Müşfiq küçələri, Bakı Dairəvi-1 avtomobil yolunun əsas və köməkçi hissələrində, Ziya Bünyadov və Qara Qarayev prospektləri, həmçinin Binəqədi-Novxanı və Masazır –Novxanı avtomobil yollarında görülüb.
Təmir işləri zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 60 min kv.m-dən çox sahəni əhatə edib.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilib.
Anoloji işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında, tərtib olunmuş qrafikə uyğun paytaxtın digər küçə və prospektlərində davam etdirilir.
Gültən
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO

























