Paytaxtın taksi bazarı: Xaos, yoxsa azad rəqabət?

“Bolt” taksi şirkəti Azərbaycanda haqsız rəqabət və inhisarçılıq cəhdlərinə görə cərimələnib.
Belə ki, “189 taksi” şirkəti "Bolt" barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edib.
Şikayətdə “Bolt" şirkətinin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxararaq haqsız rəqabətə yol verdiyi bildirilib.
Araşdırma nəticəsində iddianın doğru olduğu təsdiqlənib və şirkət 113 min manat cərimələnib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında bildirib ki, inhisarçılıq yolverilməzdir:

"Biz də bu cərimənin tərəfdarıyıq. Həmişə də deyirik ki, xarici şirkətlər ölkəyə qədəm qoyursa, ölkənin qanunlarına və qaydalarına uyğun hərəkət etməlidir. Antiinhisar qanunları var. Aidiyyəti qurum da məsələni araşdırıb, fakt təsdiqini tapıb və tədbir görüb. Nəinki, "Bolt" digər şirkətlər də bazarda süni qiymət artımı və ya azalması kimi oyunlar həyata keçirir. Bununla da özlərinə reytinq qazanaraq, insanları cəlb edirlər. Nəticədə qeyri-bərabər bir mühit formalaşır və sahibkarlıq subyektlərinə ciddi ziyan dəyir".
Ekspert hesab edir ki, belə halların qarşısını almaq lazımdır:
"Biz vaxtilə deyirdik ki, taksi xidmətlərində qiymətlər qaydalara uyğun deyil və yaxud da daşımlar üzrə qaydalara uyğun qiymət tənzimlənmir. Düşünürəm ki, bu cür halların baş verməməsi üçün qiymətlərin tənzimlənməsinə çox ciddi şəkildə ehtiyac var və buna nəzarət olunmalıdır".
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












