Pekinin bir hissəsində fövqəladə vəziyyət elan olunub

Pekin şəhərinin cənub-qərbində yerləşən Fenqtai inzibati bölgəsində fövqəladə vəziyyəti rejimi tətbiq edilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, belə bir addım yerli topdansatış bazarında yeni koronavirus ocağının üzə çıxması ilə əlaqədar atılıb.
Belə ki, bölgənin rəsmisi Çu Cunvei brifinq zamanı Ksinfadi bazarında test edilən 517 nəfərdən 45-də müsbət nəticə alındığını diqqətə çatdırıb. Ötən gün iki nəfər müştərinin yoluxduğu məlum olduğuna görə Ksinfadi bazarı bu gün saat 3-dən bağlanıb. Bazarda qızılbalığın doğrandığı yerlərdə COVID-19 virusunun aşkara çıxarılmasından sonra paytaxtın ən iri supermarketlərindən həmin balıqlar yığışdırılıb.
Brifinqdə həmçinin ötən gün - 12 iyun tarixində paytaxtda qeydə alınan 6 təsdiqlənmiş yoluxanların hamısının Ksinfadi bazarına baş çəkdikləri də qeyd olunub. Paytaxt rəhbərliyi iyunun 15-dən məktəbləri yenidən açmaq planını da təxirə salıb.
Həmçinin paytaxt sözçüsü idman yarışlarını və əyalətlərarası turizm fəaliyyətlərini dərhal dayandıracaqlarını bildirib
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












