Pensiyaların artım faizi AÇIQLANDI: Nə qədər alacaqsınız?

Yardımların pensiya məbləğinə əlavə olunmasından sonra indeksasiyanın aparılması artıq reallaşmaqdadır. Dövlət Statistika Komitəsi bu gün 2022-ci ildə orta aylıq əmək haqqında artım faizini elan edib.
Avtosfer.azxəbər verir ki, deputat Vüqar Bayramovun sözlərinə görə, bütün növ əmək pensiyalarında 14.7 faiz artım olacaq:
"Ölkə Prezidenti tərəfindən sərəncam imzalandıqdan sonra pensiyalardakı artım reallaşacaq. Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.
Ötən il pensiyası 300 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə hesablanacaq: 316.7 manat X indeksasiya faizi= yeni pensiya məbləği. Yəni, 316.7 manat x 14.7 faiz = 46.55 manat. Bizim nümunədə, 300 manat pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat= 363.25 manat. Bu artım hər ay ödəniləcək.
Əvəllər də qeyd etidiyimiz kimi, 2022-ci ildə orta aylıq əmək haqqıda artımla bağlı rəsmi statistika fevralda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılır. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Bu o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral ayında ödənişi belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat (yanvar üzrə indeksasiya artımı) + 46.55 manat (fevral üzrə indeksasiya artımı) = 409.8 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği fevral ayında 409.8 manat, mart ayından etibarən isə 363.25 manat alacaq".
V. Bayramov həmçinin bildirib ki, qanunvericiliyə edilən dəyişikliklərdən sonra bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiyalarında artım hesablanacaq. (lent.az)
İranla atəşkəs barədə düşünəcəyik - TRAMP
Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər - VÜSAL ASLANOV - FOTOLAR
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA
Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir
Bakıda ilk tramvay xətti bu istiqamətdə olacaq
Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşılıb
Paytaxtda marşrut avtobusu ilə avtomobil toqquşub - VİDEO
“İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” - MEDİA-da dəyirmi masa - VİDEO
Bu marşrutun avtobusları YENİLƏNİR - Gedişhaqqı 60 qəpik olacaq
Sabah yolu bu küçələrdən keçənlərin DİQQƏTİNƏ! - Monitorinq olacaq
Paytaxtın 22 küçəsində sıxlıq var - SİYAHI










