“Peşəkar sürücü, diqqətli piyada; yol hərəkəti qaydalarının təbliği” layihəsi başladı

“Jurnalistika və İnkişaf Mərkəzi” Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Peşəkar sürücü, diqqətli piyada: yol hərəkəti qaydalarının təbliği” layihəsinə start verib.
Layihə koronavirus probleminin yaratdığı gözlənilməz vəziyyət dövründə vətəndaşların yol hərəkəti iştirakçılarının yol-hərəkəti qaydaları ilə bağlı maarifləndirməsinə hesablanıb.
Layihənin məqsədi koronavirus pandemiyasının davam etdiyi müddətdə ictimai nəqliyyatın hərəkətində baş verən dəyişikliklərlə bağlı əhalinin bilgiləndirmək, yol hərəkəti ilə qaydalarının təbliği, yol qəzalarının səbəbləri, qarşısının alınması üçün görülməsi vacib olan tədbirlər, parklanma ilə bağlı problemlər, sürücü məsuliyyəti haqqında maarifləndirmə işləri aparmaq və yol hərəkəti qaydalarına əməl edən nümunəvi sürücüləri cəmiyyətə tanıtmaqla onların müsbət təcrübələri təbliğ etməkdir.
Eyni zamanda Azərbaycanda koronavirus pandemiyasının davam etdiyi müddətdə əhalinin bilgiləndirilməsi, yol qəzalarının, o cümlədən piyada vurma hadisələrinin əsas səbəblərinin araşdırılması və onların qarşısının alınması üçün təkliflərin hazırlanması, dayanma-durma qaydasının pozulmasının yaradacağı məsuliyyətin sürücülərə çatdırılması və s. məsələri də həyata keçirəcək.
Layihə çərçivəsində sürücülər küçə və yollarda müşahidələr, aparlan sorğular vasitəsi ilə yol nişanları, yol ötürücüləri, keçidlər, işıqforlarla bağlı çatışmazlıqlar müəyyənləşdirilərək əlaqədar təşkilatlara təkliflər veriləcək, yol hərəkəti qaydalarına əməl edən nümunəvi sürücülər cəmiyyətə tanıdılaraq müsbət təcrübənin təbliği aparılacaq.
Emin
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










