Piyada keçidlərində vurulan piyadalar: yol polisi hansı tədbirlər görür? - VİDEO

Son günlər piyada keçidlərində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri barədə sosial şəbəkələrdə videolar yayılır. Avtosfer.az xəbər verir ki, əksər hallarda sürücü diqqətsizliyi, eyni zamanda piyadaların yola çıxan zaman təhlükəsizlik qaydalarına riayət etməməsi analoji qəzalara gətirib çıxarır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, yol polisi əməkdaşları bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirsə də neqativ hallar hələ də müşahidə edilməkdədir. "Şəhərdə intensivlik müşahidə olunan yerlərdə yol polisi əməkdaşları piyada keçidlərində belə xidmət aparır. Burada iki amil var. Həm hərəkətin intensivliyinin saxlanması, həm də piyadaların təhlükəsiz şəraitdə yolu keçməsini təmin etmək əsas məqsəddir. Eyni zamanda vaxtaşırı mətbuat vasitəsilə sürücü və piyadalara müraciətlər olunur. Onlara təhlükəsizlik qaydaları izah edilir."
Vaqif Əsədov qeyd edib ki, yol polisi piyadavurma hadisələri ilə bağlı demək olar ki, gündəlik olaraq videogörüntüləri təhlil edir, əsas problemləri aşkar edərək əvvəlcədən tədbirlər görməyə çalışır. "Elə Avtosfer.az saytı vasitəsilə dəfələrlə bu cür hadisələrin videogörüntüləri nümayiş olunur. Sürücü və piyadalara təlükəni əyani şəkildə göstəririk ki, nəticələr çıxarsınlar."
Bölmə rəisi deyir ki, piyadavurma hadisələri daha çox keçidlər və onlara yaxın ərazilərdə baş verir. "Ötən il 13 piyadavurma hadisəsi məhz elə piyadanın günahı ucbatından baş verib. Nəticədə ölüm olmasa da ciddi xəsarətlə yekunlaşıb. Sürücülərə bir daha müraciət edərək demək istəyirəm ki, hərəkət etdiyi yolda piyada keçidinin görən zaman mütləq sürəti azaltsınlar. Hətta yolda heç kim olmasa da bir anlıq dayansınlar. Eyni zamanda piyadalar da avtomobilin dayandığını əmin olduqdan sonra yolu keçsinlər."
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












