Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları əldə edilən məlumatı əsasında əməliyyat keçiriblər.
Tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş vətəndaş Sərxan Bağırov saxlanılıb.
Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 5 kiloqram 175 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitəni həm şəxsi istifadəsi, həm də ki, satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Qeyd edilən faktla bağlı S.Bağırov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











