Polis "BMW"ni dərədən atan "Kürd Elnur" ləqəbli avtoriteti saxladı - VİDEO

Başqasının avtomobilini dərəyə yuvarlayan şəxs saxlanılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov məlumat verib. E.Zahidov bildirib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elnur Abbasov tutularaq istintaqa cəlb edilib.
***
Sosial şəbəkələrdə Bakıda "BMW" markalı avtomobilin dərəyə aşırılması ilə bağlı videogörüntü barədə araşdırma aparılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov Avtosfer.az-a bildirib ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus BMW markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib.
Z.Babayev qeyd edib ki, Elnur həmin avtomobili almaq məqsədilə yoxlatmaq üçün ondan alsa da, sonra qaytarmayıb: "Zamin Babayev qeyd edib ki, Elnur Abbasovla dəfələrlə telefonla danışsa da, qarşı tərəf pul axtardığını bəhanə edərək məsələdən yayınıb. Mayın 11-də Elnur Abbasov Zamin Babayevə məxsus avtomobili dərədən yuvarlayıb”.
E.Zahidov qeyd edib ki, Suraxanı rayon Polis İdarəsində daxil olan məlumat əsasında araşdırmalar aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (başqasının əmlakını məhv etmə) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
E. Abbasovun kriminal aləmlə əlaqəli şəxs olduğu bildirilir.
Emin
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












