Polis əsassız SMS-lə evdən çıxan narkotik alverçilərini tutdu - FOTO

Şirvanda karantin postundan keçmək istəyən narkotik alverçiləri saxlanılıb. APA-nın məlumatına görə, koronavirus pandemiyasının qarşısını almaq məqsədi ilə Şirvan şəhəri və Salyan rayonu sərhədində qurulan karantin rejimi postunda Şirvan polisi və Daxili Qoşunların birgə səyi nəticəsində karantin rejimi zamanı yalançı SMS vasitəsi ilə çölə çıxmaq adı altında narkotik vasitələrin satışını həyata keçirmək istəyən şəxslər yaxalanıb.
Stasionar postda növbə çəkən əməkdaşlar özlərini şübhəli aparan, əvvəllər dəfələrlə məhkum olunmuş Salyan rayon sakinləri, 1979-cu il təvəllüdlü Əliyev Əlisa Qurban oğlu və 1982-ci il təvəllüdlü Məcidov Rabil Rafət oğlu saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilərkən birincinin üzərindən 19 qram heroin, 15 qram metamfetamin, ikincinin üzərindən 19 qram heroin və 8 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB














