Polis jurnalistin xəstə anasına yardım etdi

Bakıda polis jurnalistin xəstə anasına yardım edib.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalist Günay Elşadqızı məlumat bildirib.
Onun sözlərinə görə, anası dializ xəstəsidir və həftənin 3 günü - 2, 4, 6-cı günlər mütləq dializ almalıdır: "Evdən xəstəxanaya ən azı 4-5 km yoldur və dializ xəstəsi üçün bu yolu getmək mümkünsüz bir şeydir".
Jurnalist bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsinə məlumat verib. Müraciətdən sonra polislər ünvana gələrək jurnalistin anasını vaxtında xəstəxanaya çatdırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Trend-ə açıqlamasında bildirib ki, Bakıda zəruri hallarda köməyə ehtiyacı olan şəxslərə polis yardım edir.
Onun sözlərinə görə daxili işlər orqanları əməkdaşları ərazidə xidmətdə olmasına baxmayaraq kritik vəziyyətdə olan şəxslərə yardım edir, onlara lazımi köməklik göstərirlər: "Məlumatlara görə, indiyə qədər polis xidmət göstərdiyi ərazidə yaşayan 3 xəstəyə yardım edib, onların tibb müəssisəsi və lazım olan ünvana çatdırılmasını təmin edib".
Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ












