Polis karantin rejimini pozan kafe və restoran sahiblərinə qarşı ciddi tədbirlər görür - FOTO

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti saat 09.00-dan 15.00-dək müəyyən edilib. Avtosfer.az-ın məlumatına görə təəssüf ki, bəzi kafe və restoranların xüsusi karantin rejimin tələblərinə məhəl qomayaraq nəzərdə tutulmayan saatlarda fəaliyyət göstərməsinə rast gəlinir. Bu kimi neqativ halların qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən paytaxt və bölgələrdə nəzarət tədbirləri daha da gücləndirilib.
Sonuncu belə tədbir zamanı Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən Səbail rayonu Badamdar qəsəbəsi R.İsgəndərov küçəsi 4A ünvanında yerləşən “Locco” çay evi, N.Paşayev küçəsində yerləşən “Qorodok” kafesində müəyyən saatlardan kənar müştərilərə xidmət göstərildiyi müəyyən edilib. Həmin obyektlərin sahibləri barəsində ərazi polis orqanlarında qanuni tədbirlər görülüb.
Nəzərinizə çatdıraq ki, tətbiq edilən bu qadağada əsas məqsəd vətəndaşların təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır.
Qeyd edək ki, xüsusi karantin rejimini pozan ictimai iaşə müəssisələrinin rəhbərləri sərt şəkildə cəzalandırılacaqlar.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI


















