Polis Şabranda sakinlərlə maarifləndirici söhbətlər aparıb - FOTO

Şabranda COVİD-19-un yayılmasının qarşısının alınmasına istiqamətində Operativ Qərargah tərəfindən təyin olunmuş qaydalara rayon ərazisində əməl olunması ilə bağlı reyd keçirilib. Avtosfer.az xəbər verir ki, reyddə Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və Şabran Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov da iştirak ediblər.
Reyd əsasən rayon ərazisində xidmət göstərən ticarət mərkəzlərində və digər qapalı obyektlərdə baş tutub. Sakinlərə pandemiya ərəfəsində həyata keçirilən tədbirlər barəsində geniş məlumatlar verilib, onlarla maarifləndirici söhbətlər aparılıb. Eləcə də tibbi maskadan istifadənin və sosial məsafənin gözlənilməsinin vacibliyi diqqətə çatdırılıb.
Keçirilən reyd zamanı Operativ Qərargah tərəfindən təyin olunmuş qaydaları pozan sahibkarlar və rayon sakinləri barəsində qanun çərçivəsində tədbirlər görülüb.
Namiq Musayev


Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











