Polis şagirdlərə dəyərli tövsiyyələr verdi - FOTO

Şagirdlərə dəyərli tövsiyyələr verildi
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə Tovuz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Bayramlı kənd tam orta məktəbində “Sağlam həyat tərzi”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə” mövzularında məktəblilərlə görüş keçirilib.Tədbirdə ictimaiyyət nümayəndələri , eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.
RPŞ-nin rəisi, polis polkovniki Şirzad Əsgərov narkomaniyanın fəsadlarından, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışaraq bildirib ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya təkcə insanların sağlamlığına, mənəviyyatına deyil həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.
Daha sonra polis polkovniki dini radikalizmə qarşı mübarizə tədbirlərindən də söz açıb. Ş. Əsgərov bildirib ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb.. Biz həmişə başqa xalqlara, başqa dinlərə hörmət göstərmişik. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi təhlükə mənbəyi kimi bizi də narahat edir. Ona görə də mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək, bu və ya digər məsələyə yanaşmada elmə üstünlük verməklə yanaşı, milli-dini dəyərlərə əsaslanmaq vacibdir.
Daha sonra şöbə rəisi erkən qurulan ailələrdə sonradan yaşanan faciələrdən bəhs edib. Belə halların aradan qaldırılması üçün valideynlərin də mövzuya daha həssas yanaşmalarının vacib olduğunu bildirib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Gültən Qədirli
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI















