Polis saxladığı “Lada”dan narkotik vasitə aşkarladı - Siyəzəndə

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik maddələr satmaq məqsədi ilə karantin qaydalarını pozaraq rayon ərazisində hərəkət edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonda “Baba” ləqəbi ilə tanınan əvvəllər məhkum olunmuş M.Paşayev idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən şəxsi axtarış zamanı satış üçün hazırlanmış ümumilikdə 15 bükümdə olan narkotik maddələr - heroin, metamfetamin və qurudulmuş marixuana, 2 ədəd bıçaq, eləcə də nəqliyyat vasitəsindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
M.Paşayev dindirilmə zamanı narkotik maddələrin ona məxsus olduğunu və rayon ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Namiq Musayev


Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












