“Polis üzərinə qoyulan vəzifələri yerinə yetirməklə məşğuldur”

“Polis hər şeydən əvvəl Azərbaycan vətəndaşı və dövlətin nümayəndəsidir. Polis üzərinə qoyulan vəzifələri yerinə yetirməklə məşğuldur”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
O xatırladıb ki, hökumət iyunun 6-dan 8-i saat 6:00-dək ölkənin iri şəhərlərində sərt karantin rejiminin tətbiq olunması ilə bağlı qərar qəbul etmişdi və polis də həmin qərarın icrasına nəzarətlə məşğul olub: “Çox arzulayardım ki, vətəndaşlar öz məsuliyyətlərini dərk etsinlər və başa düşsünlər ki, belə hərəkətlərə görə Milli Məclis inzibati və cinayət məsuliyyəti müəyyən edib. COVID-19-la bağlı bütün vətəndaşlar qoyulan qaydalara əməl etməlidir. Bu, hər şeydən əvvəl qayda-qanunu pozanların özü üçün lazımdır ki, özləri və yaxınları buna yoluxmasın. Polisin də işi ondan ibarətdir ki, hökumətin qəbul etdiyi qərarın icra olunmasına nəzarət etsin”.
Komitə sədri bildirib ki, sərt karantin rejimi qaydalarına ümumən vətəndaşlar çox böyük intizamla əməl edib: “Ancaq bəzi istisna hallarda var. Biz sərt karantin rejimini tətbiq edən yeganə ölkə deyilik. Bizə qədər Türkiyə, Gürcüstan və digər ölkələr də tətbiq edib. Bunun müsbət nəticələrini də görüblər”. (“Report”)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












