"Polis xalqımızın keşiyində duran mübariz bir orqandır"

Əgər qanunları pozursansa ona aid görülən tədbirlərə də qarşı çıxmamalısan!
Dünyanın istənilən ölkəsində polis əməkdaşına adi barmağının ucu ilə toxunmaq cinayət işi hesab olunur və bu barədə tədbirlər həyata keçirilir. O ki qaldı söymək, döymək, təhqir etmək. İstər polisin vətəndaşa, istərsə də vətəndaşın polisə qarşı etdiyi hər bir hörmətsizlik dövlətə qarşı edilən hörmətsizlikdir.
Onlar son 3-4 aydır nə normal ailə üzü belə görə bilir, nə normal istirahət edə bilir və bu çətin şəraitdə əmr yerinə yetirərkən belə münasibət bəslənilməsi çox mənasız, həmçinin də hörmətsizlikdir. Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır. Azərbaycan polisinin öz üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlməsi də bir həqiqətdir. Azərbaycan polisinin özünəməxsus yeri, çəkisi və böyük uğuru vardır.
Ümidvaram ki, özünüzün yox, bu səfər bizim də sağlamlığımızı düşünərək bu gücləndirilmiş karantin rejiminə riayət edərsiniz. Bizim atdığımız hər bir məsuliyyətli addım, bu pandemiyanın sona çatmasına və bu minvalla da qəhrəman işçilərimizin ailələrinə qovuşmasına səbəb olacaqdır.
Evdə qalaq, sağlam və diqqətli olaq!
Faktor.az xəbər portalının
Baş Redaktoru Aslan Abbaszadə
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş










