Polis Yasamalda əməliyyat keçirdi: “Səyyad” adlı narkotacir saxlanılıb - FOTO + VİDEO

Bakıda daha bir narkotacir saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat həyata keçirilib. Belə ki, Baş İdarəyə “Səyyad” adlı şəxsin narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxsin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakini Səyyad Kərimov Yasamal rayonu ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 422 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Səyyad Kərimov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində Baş İdarə əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq Musayev



Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












