Polisin “saxla” əmrinə tabe olmayan “Kamaz” saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparan zaman 2 nəfər rayon sakini-Xəqani Əsədov və Elşən Cəbrayılovun meşə ərazisi ilə Şamaxıya keçmək istədikləri müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları həmin şəxslərə dayanmaları ilə bağlı xəbərdarlıq etsə də, onlar qaçmağa cəhd ediblər. X.Əsədov və E.Cəbrayılov saxlanılaraq Polis Şöbəsinə gətirilib, barələrində protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati həbs olunub.
Bundan başqa Ağsu və Kürdəmir rayonları arasında yaradılan postda “Kamaz” markalı yük maşını postu keçərkən polisin “saxla” əmrinə tabe olmayıb. Ağsu RPŞ-nin əməkdaşları nəqliyyat vasitəsini saxlamağa nail olublar və sürücünün Kürdəmir rayon sakini Sübhan Qədiyev olduğu müəyyən edilib. Sübhan Qədiyevin həmyerlisi Mənsur Mütəllimovu yük maşınının yatacaq hissəsində gizlədərək, Ağsu rayonu ərazisinə keçirmək istədiyi məlum olub. Həmin şəxslər də saxlanılaraq, barələrində protokol tərtib olunub və məhkəmənin qərarı ilə həbs olunublar.
Namiq Musayev
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












