Polislər boğulmaq üzrə olan iki nəfərin həyatını xilas edib - FOTO

Əlahiddə Çevik Polis Alayının əməkdaşları Buzovna çimərliyində boğulmaq təhlükəsi ilə üz-üzə qalan spirtli içkinin təsiri altında olan iki nəfərin həyatını xilas edib.
Avtosfer.az-ın məlumatına görə, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis baş serjantı Tural Orucov, kiçin serjantlar Fuad Əhmədov, Ayxan Hüseynli və Fəqan İbrahimov spirtli içkinin təsiri altında dənizə girərək orada boğulmaq təhlükəsi ilə üzləşən 2 nəfərin həyatını xilas edib.
Belə ki, həmin ərazidə xidmət aparan zaman polis əməkdaşları paytaxt sakinləri Faiq Seyidəhmədov və onu xilas etmək üçün suya atılan Seyidəhməd Vəliəhmədovun boğulmaq təhlükəsi ilə üz-üzə qaldıqlarının şahidi olublar. Dərhal həyatlarını təhlükəyə altına qoyaraq suya atılan polis nəfərləri boğulmaq üzrə olan şəxsləri xilas ediblər. Vaxtında edilən kömək nəticəsində hər iki şəxsin həyatı xilas edilib.
Hadisədən sonra xilas edilən şəxslər və onların yaxınları polislərə bu nümunəvi addımlarına görə öz təşəkkürlərini bildiriblər.
Namiq Musayev




Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












