Polis təhlükəli yeddi cinayətkarı məhv edib

Misir polisinin Asuan vilayətində keçirdiyi iki əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi, silah satışı, quldurluq və qətl törətməkdə şübhəli bilinən 7 nəfər qatı cinayətkar məhv edilib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, ağır cinayətlərdə şübhəli bilinən, həmçinin axtarışda olan bir neçə şəxs də həbs edilib. Reydlər zamanı baş verən silahlı atışmada bir neçə cinayətkarın da yaralandığı bildirilir. Onların gizləndikləri mənzillərdən avtomat silahlar və partlayıcı maddələr aşkar edilərək götürülüb. Əməliyyatlar zamanı bir polis zabiti xəsarət alıb.
Asuan vilayəti Misirdə narkotik və silah alverçilərinin daha çox olduğu bölgə sayılır. Polis vaxtaşırı olaraq bu ərazidə reydlər və əməliyyatlar keçirir. (AZƏRTAC)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












