Politoloq: "Azərbaycan COVID-19-a qarşı mübarizənin uğurlu nümunəsidir"

Koronavirus pandemiyasının əyani göstərdiyi kimi, böhranları aradan qaldırmaq üçün ölkənin böyüklüyü və iqtisadi imkanları yox, ilk növbədə, daha çox vaxtında atılan cəsarətli addımlardır.
İsrailli politoloq Arye Qut tərəfindən “Jerusalem Post”da dərc etdirilən yazıda Azərbaycanın da kiçik ölkə olmasına baxmayaraq, indiyədək COVID-19-a qarşı səmərəli mübarizə apardığı qeyd olunur.
Müəllif bildirir ki, epidemiyanın elə ilk günlərindən Azərbaycan hökuməti vəziyyəti çox ciddi dəyərləndirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə virusun yayılmasını əngəlləmək üçün hərtərəfli addımlar atıldı, o cümlədən adambaşı test sistemi tətbiq edildi. COVID-19 virusuna yoluxanların müalicəsi üçün 20-dən artıq dövlət xəstəxanası ilə yanaşı, ilk vaxtlarda dörd modul xəstəxanası da açılaraq istifadəyə verildi. Qarşıdakı aylarda hökumətin maliyyəsi ilə daha iki, özəl sektorun da maliyyəsi ilə dörd modul xəstəxanasının da istifadəyə verilməsi nəzərdə tutulur.
“Deyəsən, Azərbaycan həm koronavirusun yayılmasını əngəlləmək və qarşısını almaqda, həm də iqtisadiyyatı və vətəndaşları üçün bu pandemiyanın fəsadlarını yumşaltmaqda müvəffəqiyyət qazanıb”, - məqalədə deyilir.
“İsrailin Avrasiyada etibarlı müttəfiqi və tərəfdaşı olan Azərbaycan bu gün güclü, müstəqil dövlət olub Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi proseslərin lideri, regionda və ondan kənarda sülhə, sabitliyə, rifaha təkan verən müxtəlif birgə layihələrin iştirakçısıdır. Yəni Azərbaycan bu gün təhlükəsizlik və sabitlik ixracatçısıdır. Üstəlik, bu ölkə müasir təhdidlərin dəf edilməsi istiqamətində beynəlxalq birliyin səylərinə də dəstək verir”, - yazı müəllifi qeyd edir. (“Report”)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












