Polşa səfirliyi vizaların verilməsini bərpa edir

Bu il iyulun 27-dən etibarən Polşanın Azərbaycandakı Səfirliyinin Konsulluq və Polşa Diasporası Departamenti milli viza üçün müraciətlərin qəbulunu bərpa edəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Səfirliyin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, Şengen vizası üçün müraciətlər yalnız təcili və əsaslandırılmış hallarda (konsulun qərarı ilə) qəbul olunur.
Viza üçün müraciət etmə ehtimalı yalnız Polşa Respublikasının ərazisinə daxil olmaq üçün səlahiyyətli şəxslərə şamil olunur https://www.gov.pl/…/pola-respublikas-srhdlrini-kemk-v-mtlq…
Bundan əlavə, Səfirlik viza müraciəti üçün yeni qaydaları da açıqlayıb:
- Konsulluğun qarşısında gözləyənlərin sayını azaltmaq məqsədi ilə təyin edilmiş vaxtda gəlmək xahiş olunur
- Vətəndaşların arasında əz azı 2 metr məsafə saxlamaq və Səfirliyin və Konsulluğun qarşısında 5 nəfərdən çox toplaşmamaq da tələblər arasındadır
- Konsulluğa daxil olarkən qoruyucu maska taxılması və əllərin dezinfeksiya edilməsi xahiş olunur
- Konsulluğa müraciət edən şəxsi müşayiət edənlər buraxılmır
- Qəbul günü və vaxtı təyin olunmayan, habelə vaxtı təyin olunduqda, təyin olunan vaxtda Konsulluğa görüşə gecikənlərə xidmət göstərilməyəcək.
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF












