Postkoronavirus dövründə ictimai nəqliyyatın yükü həddən artıq çoxala bilər - RƏY

Azərbaycanda karantin rejiminin müddəti 4 may tarixinə qədər uzadıldı. Həmin tarixdən sonra isə karantin rejimindən mərhələli çıxış ilə bağlı planların hazırlanacağı bildirildi.
Karantin dövrünə keçid ərəfəsində müvafiq dövlət qurumlari ilə bərabər Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən də bir sıra işlər görüldü. Metropolitenin fəaliyyətinin dayandırılması ilə ekspress marşrutların təşkili, avtobuslarda sosial məsafənin qorunması ilə bağlı qəbul olunan qaydalar, davamlı dezinfeksiya işlərinin görülməsi və bu kimi addımlar agentliyin işinin öhdəsindən gəldiyini deməyə imkan verir.
Bəs postkoronavirus dövründə ictimai nəqliyyatda işlər necə təşkil olunacaq? Bu dövrdə kəskin tıxaclar və digər problemlər yarana bilərmi?
Avtosfer.az-ın məlumatına görə məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirdi ki, postkoronavirus dövrü qeyri-müəyyənliyi ilə cəmiyyəti narahat edir:
"O cümlədən, ictimai nəqliyyat ilə bağlı məsələlərdə ciddi bir narahatçılıq var. Köklü dəyişikliklər gözlənilməsə də, karantin rejimindən sonra 2 aya yaxın müddətdə küçəyə çıxmayan insanların adaptasiya mərhələsi maraq doğurur. Belə ki, insanlarda azadlığa çıxmaq kimi istəklər formalaşacaq ki, bu da ictimai nəqliyyatın yükünü həddən artıq çoxalda bilər. Müəyyən marşrut xətlərində avtobusların sayının artırılması zərurəti yaranacaq".
Ekspertin sözlərinə görə, məsələnin ikinci tərəfi odur ki, koronavirus dövründə ictimai nəqliyyatda intensiv şəkildə həyata keçirilən dezifeksiya və təmizlik işləri yeni vərdişə çevrilib:
"Bu vərdişin postkoronavirus dövründə də davamlı olaraq ictimai nəqliyyatda tətbiqinə ehtiyac yaranacaq. Həmçinin bu müddətdə ictimai nəqliyyatda sərnişinlər və sürücü arasında yeni münasibətlər formalaşıb ki, bu da növbəti mərhələdə münasibətlərin tənzimlənməsində əhəmiyyətli rola malik olacaq".
İ. Hüseynli əlavə edib ki, postkarantin dövründə tıxacların yaranma ehtimalı hər kəsi narahat edir.
"Bu gözlənilən vəziyyətdir. Hal-hazırda bir çox insanın və nəqliyyat vasitələrinin şəhərə axını dayanıb. Karantin rejiminin ləğv olunması ilə həmin nəqliyyat vasitələri, eləcə də rayonlardan Bakı şəhərinə kifayət qədər çox sərnişin daxil olacaq. Rayon qeydiyyatlı bir çox şəxslərin və tələbələrin Bakıya axını artacaq. Fikrimcə, bu axını tənzimləmək və xaosun qarşısını almaq üçün karantin rejiminin ləğvini tədricən etmək lazımdır. Postkoronavirus dövründə əvvəlcə Bakıətrafı ərazilərdən şəhərə girişi bərpa etmək, daha sonra isə rayonlardan girişi təmin etməklə rejimi tədricən yumuşaltmaq məqsədəuyğun olar".
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










