Praqada azərbaycanlıların aksiyası başlayıb - FOTO

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalar keçirir.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hazırda Çexiyanın paytaxtı Paraqa şəhərində “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının təşkilatçılığı ilə soydaşlarımızın aksiyası keçirilir.
Təşkilatın rəhbəri Eldar Vəliyevin verdiyi məlumata görə, ermənilərin Azərbaycanın Çex Respublikasındakı səfirliyinin binası qarşısına toplaşacağını eşidən soydaşlarımız dövlətimizə dəstəklərini ifadə etmək üçün buraya axın edib. Aksiyada Praqa, eləcə də Brno şəhərlərində yaşayan azərbaycanlılar iştirak edir. Təxminən 200-ə qədər azərbaycanlı güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın işğalçılıq siyasətinə və erməni təxribatlarına son qoyulmasını tələb edir.
Əllərində ermənilərin Azərbaycan Ermənistan sərhədinin Tovuz iatiqamətində törətdikləri təxribatlar zamanı həlak olan hərbçilərimizin şəkillərini daşıyan aksiya iştirakçıları çex və ingilis dillərində şüarlar səsləndirirlər.
Qeyd edək ki, bir qrup erməni də səfirliyimizin binası yaxınlığına toplaşıb.
Soydaşlarımız səfirliyin binası qarşısında aksiyanı bitirdikdən sonra Praqa şəhərinin mərkəzinə toplaşaraq icazəli dinc aksiyaya davam edəcəklər.


Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev











