Prezident açılışda maska taxdı - FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərə səfərə gedib. Avtosfer.az xəbər verir ki, dövlət başçısı Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Prezidentə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
İlham Əliyevin açılış zamanı maskadan istifadə etməsi diqqət çəkib.
***
Daha sonra İlham Əliyev Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
***
Dövlət başçısı daha sonra Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Komplekslə tanışlıqdan sonra Prezident bir qrup idmançı ilə görüşüb.
***
İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
***
Bundan başqa, Prezident 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilməsində də iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verib.
İlham Əliyev yarımstansiyanı işə salıb.







Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












