Prezident hökumətə tapşırıqlar verdi

“İndi neftin qiymətindən asılı olmayaraq təbii ki, büdcə tam icra edilməlidir. Hesab edirəm ki, buna bizim imkanımız çatacaq. Dürüstləşməyə gəldikdə, prinsipcə mən buna etiraz etmirəm. Əvvəlki illərdə də biz dürüstləşmə aparmışdıq, ancaq bu, gərək əsaslandırılsın. Ona görə hökumət üzvləri ilə birlikdə Baş Nazirin rəhbərliyi ilə bu məsələləri təhlil edin və mənə konkret təkliflər verin. Biz hansı həcmdə büdcə xərclərimizi artırmalıyıq və bundan hansı məqsədlərə istifadə etməliyik”.
Bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib
“Onu da bildirməliyəm ki, büdcə gəli"rlərinin artırılması ilin ilk aylarında baş vermişdir. Çünki mən bunu demişəm, bir daha demək istəyirəm ki, biz ili çox yaxşı, böyük uğurlarla, böyük planlarla başlamışdıq. Həm vergi, həm gömrük sahəsində proqnozdan əlavə artım var idi. Amma bu ilk aylarda, haradasa aprel-may aylarından başlayaraq artım, belə demək mümkündürsə, yavaşladı. Yenə də biz profisitdəyik. Ancaq siz qeyd etdiyiniz kimi, ilin sonuna qədər bu profisit bizə çatmaya bilər. Əlavə xərclər oldu. Neftin qiyməti bizdə 55 dollar nəzərdə tutulmuşdu. İndi hazırda, altı ayda bu 40 dollardan aşağıdır. Ona görə bütün bu məsələlər təbii ki, nəzərə alınmalıdır. Əminəm ki, bu ilin büdcəsi ilə bağlı hər hansı bir problem olmayacaq.
O ki qaldı, gələn ilin büdcəsi, ilk növbədə, neftin qiyməti gərək düzgün müəyyən edilsin. Hələ ki, vaxt var. Biz neft bazarlarında vəziyyətə baxıb, bunu müəyyən edəcəyik. Elə etməliyik ki, əsas sosial məsələlərdən başqa digər strateji infrastruktur layihələrinin icrası təmin edilsin. Bir daha demək istəyirəm ki, onların arasında, ilk növbədə, su təchizatı ön plandadır - həm içməli su, eyni zamanda, suvarma suyunun təmin edilməsi. Ona görə layihələr indi hazırlanır. Onların texniki iqtisadi əsaslandırılması, xərclər smetası hazırlanacaq. Bu məsələ də mütləq nəzərə alınmalıdır”-deyə, Dövlət başçısı bildirib.
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər












