Prezident karantin rejimini pozduğuna görə cərimə ödəyəcək

Ukraynanın prezidenti Vladimir Zelenski ölkənin Xmelnitski şəhərində kafedə kofe içdiyinə görə cərimə ödəməyə hazır olduğunu bildirib. Hadisə iyunun 3-də baş verib.
Məlumata görə, ölkədə kafelərin normal fəaliyyəti yalnız iyunun 5-də bərpa olunacağına baxmayaraq, V.Zelenski kafeyə baş çəkib. “Əgər qayda pozuntusuna yol vermişəmsə, cərimə ödəməyə hazıram”, - ölkə başçısı söyləyib.
Bununla belə, Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko V.Zelenskinin qaydaları pozmadığına işarə edərək bunu karantin tədbirlərinin ləğvindən öncə təşkil edilmiş inspeksiya olaraq qəbul edilməli olduğunu vurğulayıb.
Ukraynanın daxili işlər nazirinin müavini Anton Geraşenko da məsələyə münasibətini bildirib:
“Hüquq-mühafizə orqanları dövlət başçısı tərəfindən güman edilən qayda pozuntusunu araşdıracaq".
Qeyd edək ki, Ukraynada karantin qaydalarının pozuntusuna görə 17 min qrivna (1 080 AZN) cərimə nəzərdə tutulub. (“Report”)
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB












