Prezident: “Nəqliyyat təhlükəsizliyi təmin edilib”

“2006-cı ildə Bakı-Tbilisi-Ceyhan və ondan bir qədər əvvəl Bakı-Supsa, Bakı-Novorossiysk kəmərlərinin işə düşməsi nəticəsində nefti ixrac etməyə başladıq, ondan sonra qazı, daha sonra da elektrik enerjisini. Ona görə bu sahədə istədiyimizə tam nail olduq və bu yaxınlarda Mingəçevir İstilik Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışı bizim gücümüzü daha da artırdı. 2400 meqavat gücündə stansiyadır və biz son illər ərzində 800 meqavat həcmində itirilmiş gücləri bərpa etdik və bu proses davam etdiriləcək”.
Bunu Prezident İlham Əliyev onun sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bildirib ki, nəqliyyat təhlükəsizliyi təmin edilib: “Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilibdir və bizim fəal iştirakımızla Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri fəaliyyətdədir və deyə bilərəm ki, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində artıq iki qol mövcuddur. Biri Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa, digəri isə Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa. Hər ikisi Azərbaycan üzərindən keçir və təbii ki, bizim imkanlarımız daha da genişlənir. Əgər biz Şimal-Cənub nəqliyyat dəhlizini nəzərə alsaq, bu da Şimali Avropa-Rusiya-Azərbaycan-İran-Hindistan ölkələrini əhatə edir. Deməli, təsəvvür etmək çətin deyil ki, bu sahədə də nəqliyyat təhlükəsizliyimizi təmin etmişik”.
Prezident qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib: “Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq, eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir.
İxrac bazarlarına çıxara biləcək məhsullara da diqqət yetirilməlidir. Ona görə həm Kənd Təsərrüfatı Nazirliyi və eyni zamanda, İqtisadiyyat Nazirliyi, digər qurumlar bu məsələ ilə məşğuldurlar. Yəni, demək istəyirəm ki, biz bu üç istiqamət üzrə önəmli nailiyyətlərə çatdıq. Bizdə su təhlükəsizliyi məsələsi həll olunmayıb. Sirr deyil ki, su ehtiyatlarının böyük hissəsi sərhədlərimizin kənarında formalaşır. Ona görə burada qonşu ölkələrlə yeni əməkdaşlıq formatı, itkilərin azaldılması və aidiyyəti qurumların birgə işləməsi təşkil edilməlidir”.
Avtomobil sahiblərinə pis xəbər: Yağ qıtlığı yarana bilər – ARAŞDIRMA
Həftəsonu Bakıda iki küçə təmirə bağlanacaq - Sürücülərin DİQQƏTİNƏ
“Prioritet” daha sürətlidir? “Çatdırılma” necə işləyir? - Bilməli olduğunuz məqamlar
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq
Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: 40 dayanacaq olacaq - VİDEO
Yollarda təmir işləri niyə gecikir? – RƏSMİ AÇIQLAMA
Süni intellekt əmək bazarında rəqabətliliyə necə təsir edir? – Ekspert AÇIQLADI
Bu küçədə yaşıllıq görməni məhdudlaşdırır - Sürücülər qəza riski ilə üzləşir - VİDEO
Süni intellektlə hazırlanan materialların paylaşılmasına nəzarət gücləndirilir – YENİ QANUN
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO










