Prezidentin katibi və müşaviri həbs olundu

Bolqarıstanın xüsusi xidmət orqanları əməkdaşları ölkə prezidentinin hüquqi məsələlər və anti-korrupsiya üzrə katibi Plamen Uzunovu həbs edib.
Məzuniyyətdə olan məmur 24 saat müddətinə saxlanılıb və yaxın zamanda mühafizə altında paytaxt Sofiyaya çatdırılacaq.
Daha əvvəl bu gün Bolqarıstanın prezident administrasiyasında kabinetlərdə, o cümlədən Uzunovun otağında axtarışların aparıldığı bildirilmişdi. Dövlət Milli Təhlükəsizlik Agentliyi prezidentin katibinin məxfi məlumatlara girişdən məhrum edildiyini açıqlamışdı.
Respublikanın Baş prokuroru İvan Qeşev Uzunovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilindiyini söyləyib.
Bütün bunların ardından hərbi prokurorluq prezidentin müdafiə və təhlükəsizlik üzrə müşaviri İlya Miluşevin 24 saat müddətinə saxlanıldığını elan edib.
“Daxili İşlər Nazirliyinin göstərişi ilə Dövlət Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, respublika prezidentinin müşaviri 24 saat müddətinə saxlanılıb. O, əvvəlcə şahid qismində dindirilib. Amma ondan alınmış telefonun kompüter-texniki müayinəsindən sonra cihazda Dövlət Texniki Əməliyyatlar Agentliyi ilə bağlı məlumatların olduğu aşkar edilib. O kəşfiyyat idarəsindən qanunsuz yolla çıxarılmış və dövlət sirri olan dörd sənədi könüllü olaraq təhvil verin”, - prokurorluğun məlumatında bildirilir. (“Report”)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










