Prezidentin köməkçisindən Metsamor AES-lə bağlı açıqlama

“Kritik infrastrukturların hədəfə alınması Azərbaycan Respublikasının heç bir zaman siyasəti olmayıb və olmayacaq da. Bu, Ermənistan Respublikasıdır ki, bu kimi məsələləri siyasi məqsədlərlə, sırf dezinformasiya məqsədilə istifadə etməkdədir”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Amma bununla yanaşı Ermənistan tərəfindən bu istiqamətdə verilmiş bir sıra açıqlamaları qeyd etmək istərdim. Ermənistanın bundan əvvəlki prezidenti Ermənistanın arsenalında olan “İskəndər” və “Skadr” raketləri ilə Azərbaycanı - Bakı və onun ətrafında yerləşən neft-qaz infrastrukturlarını birbaşa hədələmişdir. Bundan əlavə Ermənistanın siyasi-hərbi rəhərliyi onların arsenalında olan “İskəndər” və digər raket sistemləri vasitəsilə Azərbaycanın Mingəçevir Su anbarını hədələmiş, həmçinin də Azərbaycan şəhərlərini darmadağın edəcəkləri, Ağdam şəhəri kimi xarabalığa çevirəcəkləri kimi təhdid xarakteri daşıyan açıqlamaları olmuşdur”, o bildirib.
H.Hacıyev vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının kritik əhəmiyyət daşıyan infrastrukturlarının, həmçinin neft-qaz boru kəmərinin hədəfə alınacağı xarakter daşıyan açıqlamalar verilib: “Bütün bunlar bilavasitə Ermənistan hərbiu rəhbərliyinin açıq niyyətinin göstəricisidir. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfindən hər hansı əhəmiyyət daşıyan strateji obyektlərin hədəfə alınması kimi siyasəti yoxdur”. (Report)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












