Prezident maska taxmayan şəxsləri həbslə hədələdi

Filippin Prezidenti Rodriqo Duterte koronavirusdan qorunmaq üçün tibbi maska taxmayan şəxsləri həbslə hədələyib. “Pandemiya şəraitində qoruyucu maska taxmayan və təhlükəsiz distansiya saxlamayan şəxslərin həbs olunmasının vacibliyinə şübhəmiz yoxdur. Bu, ciddi cinayətdir. Qoy digərləri onların həbsindən dərs götürsün”, - deyə Filippin lideri bildirib.
İnsan hüquqlarının pozulması barədə ittihamlara baxmayaraq, ötən həftə ölkənin hakimiyyət orqanları lazım gələrsə, koronavirusun səbəb olduğu yüngül pnevmoniya xəstələrinin zorla xəstəxanalara yerləşdiriləcəyini demişdi. Məmurlar sərt tədbirlərin vacibliyini Filippində infeksiyaya yoluxma və ölüm hallarının kəskin artması ilə izah edirlər.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 14:20-yə olan məlumatına əsasən, dünyada 14 milyon 879 min 267 yoluxma və 613 min 952 ölüm faktı qeydə alınıb, 8 milyon 932 min 545 nəfər koronavirus xəstəsi sağalıb. Hazırda müalicəsi davam edən 5 milyon 332 min 770 xəstədən 63 min 730-nun vəziyyəti ağır qiymətləndirilir.
Filippində indiyə qədər 70 min 784 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb, 1837 nəfər isə həyatını itirib. Ölkə COVID-19 infeksiyası səbəbindən ölənlərin sayına görə Cənub-Şərqi Asiyada İndoneziyadan sonra ikinci yerdədir. (AZƏRTAC )
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











