Professor İlham Rəhimov şəhid Elşad Məmmədovun övladını himayəyə götürdü - FOTO

Tovuz rayon Ağdam kənd sakini, baş əsgər kimi hərbi xidmətdə olan Elşad Məmmədovun qəhrəmancasına şəhid olmasından yeddi gün keçir.
Bu gün keçirilən mərasimdə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da iştirak edib.
Şəhidinizin məzarı ziyarət edilib, ailəsinə başsağlığı verilib.
Rauf Arifoğlu şəhidimizin atası Dönməz Məmmədovla söhbət edib, problemləri ilə maraqlanıb.
Avtosfer.az xəbər verir ki, Rauf Arifoğlu Musavat.com-a deyib ki, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov şəhidimiz Elşad Məmmədovun yeddi aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəyə götürüb.
Bunun üçün Ağdam kəndinə özünün xüsusi nümayəndəsini göndərən İlham Rəhimovun bu qərarı ailə başçısına elan edilib, mexanizmi müzakirə edilib.
Həmçinin Rauf Arifoğlu bildirib ki, İlham Rəhimov şəhidimizin ailəsinin bundan sonra qarşılaşacağı problemlərin həllinə də öz dəstəyini göstərəcək.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












