Professor: “Pandemiya cinsi yolla keçən infeksiyalara yoluxmanı azaldacaq”

“Koronavirus pandemiyası dövründə tətbiq olunan karantin zamanı insanlar arasında sıx təmaslar azalaraq minimuma enəcək, təbii ki bu da cinsi yolla keçən infeksiyalara yoluxmanı azaldacaq. Həmçinin, fotodermatoz, kontakt dermatit kimi xəstəliklərin də sayında azalma müşahidə olunacaq”.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Unirversitetinin Dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov deyib.
O bildirib ki, dermotovenerologiya özündə həm dəri xəstəliklərini, həm də cinsi yolla keçən xəstəlikləri birləşdirir: “Dəri xəstəlikləri etiologiyasina görə infeksion və qeyri-infeksion olmaqla ayırd olunur. Qeyri-infeksion xəstəliklər isə bir çox hallarda polietioloji olur. Cinsi yolla keçən xəstəliklər əvvəllər zöhrəvi xəstəliklər adlandırılırdı və bizə 4 belə xəstəlik məlum idisə, indi artıq 50-dən çoxdur, bu da diaqnostik metodların, cihazların inkişafı ilə əlaqədardır”.
Mütəxəssis qeyd edib ki, ötən əsrin 90-ci illərinə qədər Azərbaycanda cinsi yolla keçən xəstəliklər çox deyildi, əsasən, qonokokk infeksiyası və trixomoniaz idi: “Son 25 ildə artmış bəd xəstəliklərdən biri də sifilisdir. Lakin son 2 ildə də stabilləşmə müşahidə olunur. Sovet dönəmində zöhrəvi xəstələr müalicəyə məcburi cəlb olunurdular. Lakin indi müalicə şəraitini xəstələr özləri seçir, bəzi hallarda anonim şəkildə də müalicə alırlar ki, bu da statistikaya təsir göstərir. Hazırda bu tip xəstəliklər üzrə müayinə və müalicələrin daha ciddi olması, aparılması üzrə işlər gedir”.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











