Prokuror Ağadadaş Ağayevə və Nurəddin Cəlilova cəza istəyib

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən Ağadadaş Ağayevin 2 il sınaq müddəti olmaqla 2 il müddətində şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili son söz üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası martın 6-na təyin olunub.
Bundan başqa, bu gün xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 2 il 6 ay sınaq müddəti olmaqla, 2 il 6 ay müddətində şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.
Məhkəmə martın 6-da davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb. Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.
Yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq əldə olunub.
Daha sonra Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO












