Prokurorluq Sabunçudakı insidentlə bağlı məlumat yayıb

İyunun 4-də saat 21 radələrində paytaxtın Sabunçu qəsəbə sakini 1990-cı il təvəllüdlü Günel Babayevaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.
Avtosfer.az xəbər verir ki, Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, G.Babayevanın hadisə yerində olan şəxslərin köməkliyi ilə vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində həyatını xilas etmək mümkün olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1986-cı il təvəllüdlü Ramiq Dadaşovun yaşadıqları evdə aralarında qısqanclıq zəminində yaranmış münaqişə zamanı onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
R.Dadaşov könüllü gələrək cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.
R.Dadaşov şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB











