Prokurorluq sosial şəbəkədə yayılan əsassız məlumatları təkzib edir

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində qəsdən adam öldürmə cinayətinin iştirakçısı olmuş şəxslərin guya cinayət məsuliyyətindən azad olunmalarına dair əsassız məlumatlar yayılıb. Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.
Belə ki, 2019-cu il mayın 9-da saat 23 radələrində Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır.
Həsən Tağıyev 10 may 2019-cu il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq zamanı cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən cinayətin digər iştirakçısı 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulmuş və Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə ittiham elan olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
İstintaqın gedişində Həsən Tağıyevə elan olunmuş ittiham dəyişdirilərək ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yenidən ittiham elan edilmişdir.
Aparılmış istintaq zamanı Emin Səfərovun qəsdən öldürülməsində Həsən Tağıyev və Zaur Yusifovdan başqa hər hansı şəxs və ya şəxslərin iştirakı müəyyən edilməmişdir.
Belə ki, istintaq zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 1958-ci il təvəllüdlü Əli Yusifovun oğlu Zaur və Həsən Tağıyevlə mərhum Emin Səfərov arasında olan münasibətlərdən məlumatı olmuş və tərəflər arasında barışıq olması üçün dəfələrlə səy göstərmişdir. Mayın 9-da saat 23:20 radələrində yaşadığı evə gedərkən Emin Səfərovu Binəqədi rayonu İsrafil Həşimov küçəsində yerləşən 8 saylı binanın yaxınlığında “BMW X5” markalı avtomobilin sükanı arxasında görmüş və avtomobilə əyləşərək ondan aralarında olan ədavətə son qoyulmasını xahiş etmişdir. Bu zaman Zaur və Həsən avtomobilə yaxınlaşaraq Emin Səfərova bıçaq zərbələri vurmuşdur. O, münaqişənin qarşısını almaq istəyərkən özü də sağlamlığa yüngül zərərvurmaya aid bıçaq xəsarəti almış və yaşadığı evə gedərək daha sonra tibbi yardım almaq üçün oğlu Zamin Yusifov tərəfindən xəstəxanaya aparılmışdır.
İstintaq zamanı həmçinin, Zaur Yusifovun qardaşı 1988-ci il təvəllüdlü Zamin Yusifovun cinayət hadisəsində hər hansı iştirakı müəyyən edilməmişdir. Belə ki, mobil telefon danışıqları barədə məlumatlar əsasında hadisə baş verən vaxtı sonuncunun başqa ərazidə olması müəyyən edilmişdir. Eyni zamanda materialların məhkəmə (lifli) ekspertizasının rəyinə əsasən Emin Səfərova məxsus geyimlərdə Zamin Yusifovun geyimlərinə məxsus lif mikrohissəcikləri aşkar olunmamışdır.
Əli Yusifovun nəvəsi yetkinlik yaşına çatmayan Vüqar Ramazanovun istifadə etdiyi mobil telefon nömrəsinin anten dairəsi ilə bağlı məlumatlara əsasən hadisə vaxtı və sonra onun cinayət hadisəsinin baş verdiyi ərazidə olmaması və cinayət hadisəsində hər hansı bir iştirakı müəyyən edilməmişdir.
Cinayət işi başlandıqdan qısa müddət sonra Emin Səfərovun anası Məlahət Səfərova iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi tanınmaqla istintaq zamanı prosessual hüquqlarının həyata keçirilməsi təmin edilmiş, istintaqın gedişində zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də onun müdafiəçisinin qaldırdıqları bütün vəsatətlərə baxılmış, göstərdikləri hər bir xüsusat yoxlanılmaqla onlara ətraflı şəkildə məlumat verilmişdir.
İş üzrə istintaq tamamlanaraq 16 mart 2020-ci ildə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Namiq Musayev
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










