Prokurorluq Sumqayıtdakı insidentlə bağlı məlumat yaydı

İyunun 8-də saat 13 radələrində Sumqayıt şəhəri, Ağa Quliyev küçəsində yerləşən 29/4 saylı binanın qarşısında 1986-cı il təvəllüdlü Aygün Şıxkərimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilmişdir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ətrafda olan insanların köməkliyi ilə A.Şıxkərimovanın vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Teymur Şıxkərimovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı A.Şıxkərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
T.Şıxkərimov könüllü gələrək təslim olmaqla cinayətin aləti olan bıçağı istintaqa təqdim etmişdır.
T.Şıxkərimov şübhəli şəxs qismində tutularaq müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf etmişdir.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Namiq Musayev
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










