Prokurorluqdan saxta “kəllə qənd” istehsal edən şəxslərlə bağlı açıqlama

Bəzi kütləvi informasiya vasitələrində bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edilməsi barədə məlumatlar yayılmışdır. Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən bu məsələ ilə əlaqədar verilmiş məlumata əlavə olaraq bildirilib ki, Asif İsmayılov, Əli Əliyev, Teyyub Nadirov, Maqsud Əlizadə və İran İslam Respublikasının vətəndaşı Tayef Davoudun qənd sexlərində kəllə qəndin istehsalı zamanı məhsulun rənginin ağardılması və xalça yuma məntəqələrində ləkələrin təmizlənməsi məqsədilə istifadə olunan insan sağlamlığı üçün təhlükəli olan toz halında maddəni Bakı, Sumqayıt və Respublikanın digər şəhərlərində fəaliyyət göstərən qənd istehsalı sexlərinin sahiblərinə satışını həyata keçirməsi, həmin fərdi sahibkarların qeyd olunan maddədən kəllə qənd istehsalı zamanı istifadə edərək, hazır məhsulların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehsalçıları xeyli miqdarda aldatmağa cəhd etməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır.
Asif İsmayılovun Cinayət Məcəlləsinin 29, 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmasına cəhd), Əli Əliyev, Teyyub Nadirov və Maqsud Əlizadənin Cinayət Məcəlləsinin 29, 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla törədilməsinə cəhd), Tayef Davoudun isə Cinayət Məcəlləsinin 32.5, 29, 200.2.1 və 32.5, 29, 200.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 27 dekabr 2019-cu il tarixdə Binəqədi rayon məhkəməsinə göndərilmişdir.
Hazırda Binəqədi rayon məhkəməsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşmaq üzrədir.
Namiq Musayev
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











