“PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir”

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Türkiyədə səfərdə olan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüşüb. Bu barədə İ. Dəmir “Twitter”də paylaşım edib. “İki qardaş ölkənin bird aha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik. Müdafiə sənayemiz PUA-lardan silah-sursata və raketlərə, elektronik hərbi sistemlərinə qədər bütün təcrübə, texnologiya və qabiliyyətləri ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan Ordusuna yeni sistemlər qazandırmaqla bərabər, mövcud sistemlərin modernləşdirilməsi, təmir və təlim fəaliyyətləri ilə əlaqədar birlikdə çalışacağıq. Bir millət, iki dövlət!”, - deyə görüş zamanı Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru bildirib. (APA)
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO












