Qadın sərnişinlərə əxlaqsız təkliflər edən 5 taksi sürücüsü saxlanıldı - FOTO - VİDEO

Paytaxt ərazisində şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə sosial şəbəkələrdə videolar yayıldıqdan sonra vətəndaşlardan bu barədə polis orqanlarına şikayətlər daxil olub. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, həmin məlumatların monitorinqi aparılıb, əldə edilən nəticələr təhlil edilib və bu sahədə mövcud olan real əməliyyat şəraiti araşdırılıb.
Müəyyən edilib ki, həqiqətən də taksi fəaliyyəti ilə məşğul olan bəzi şəxslər arasında avtomobilə əyləşən qadınlara qarşı etikadan kənar davranan sürücülərə rast gəlinir. Nəticədə xanım sürücülərə qarşı əxlaqsız təkliflər edən 5 taksi sürücüsü – paytaxt sakinləri Kənan Xəlilov, Elşad Şirinov, Abşeron rayon sakini Nizami Kərimov, Tərtər rayon sakini Elşən Mürsəlzadə və Lerik rayon sakini Şabala Ağayev saxlanılıblar. Saxlanılan taksi sürücülərindən biri Elşən Mürsəlzadənin üzərindən narkotik vasitə heroin aşkar edildiyindən onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Digər sürücülər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs ediliblər. Xanım sərnişinlərə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücülərinin aşkar edilməsi və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Fidan
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT












