Qanunsuz taksi sürücüləri paytaxtın bu küçəsini BAĞLADILAR – VİDEO

Paytaxtın Binəqədi rayonu, ikinci mədən küçəsini qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülər zəbt edib. Dar və ikitərəfli yolun kənarında sıra ilə parklanan avtomobillər ərazidə süni sıxlıq yaradıb.
Bu barədə Bizim.Media-ya narazı vətəndaşlar şikayətlənib. Dediklərinə görə hər gün davam edən bu mənzərə həmin yoldan müntəzəm istifadə edənləri təngə gətirib. Magistral yolda istər avtomobillərin, istərsə də piyadaların hərəkəti mümkünsüz hala gəlib.
Üstəlik avtomobillərin necə və harada gəldi parklanması hər an baş verə biləcək qəza təhlükəsindən xəbər verir.
Keçilməz yoldan şikayətlənən sakinlər Bizim.Media vasitəsilə aidiyyəti qurumlara səslənərək, problemi nəzarətə götürmələrini istəyiblər. Həmçinin taksi sürücülərinin lisenziyasız fəaliyyətinə də diqqət çəkiblər.
Ərazidə müşahidə aparan zaman yolda sıxlıq yaradan bəzi taksi sürücüləri ilə söhbətləşdik. Vəziyyətdən narahat olmayan taksi sürücülərindən biri çəkilişə etiraz edərək, kobudcasına “taksilik edirəm, harada saxlamalıyam” deyə kobudcasına cavab verdi.
Digər sürücülərin bəziləri isə marketə gəldiklərini bəhanə edərək, sıxlığa səbəb kimi küçənin dar olduğunu qeyd ediblər.
Məlumat üçün bildirək ki, kiminsə yolunu kəsmək, onların hərəkətinə maneə yaratmaq qanunla qadağandır.
Avtomobil yollarının hərəkət hissəsində sədlərin, şlaqbaunların qurulması və ya nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, eləcə də avtomobillərin və piyadaların hərəkətinə süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır.
Belə olan halda fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manata qədər cərimə oluna bilərlər.
Ümid edirik ki, yol hərəkəti qaydalarına məsul olan yol polisi ərazidəki pərakəndəliyi, özbaşınalığı və hərəkəti bilərəkdən çətinləşdirən sürücü özbaşınalığına qarşı müvafiq tədbirlər görəcək.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












