Qarabağ ərazisindəki yeraltı hərbi kommunikasiyalar peyk vasitəsilə aşkar edilə bilər

“Qarabağ ərazisində mövcud yeraltı hərbi kommunikasiyalar geofiziki üsullarla və aerokosmik məlumatlar əsasında aşkar edilə bilər”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiya kafedrasının müəllimi professor Fuad Hacızadə deyib.
O, işğal zamanından qalmış yeraltı hərbi kommunikasiyaların aşkar edilməsinin vacib olduğunu bildirib:
“Biz kafedra olaraq bu işi hərtərəfli araşdırmışıq və tədqiqatımız davam edir. Qarabağdakı əməliyyatın aktiv mərhələsi bitdikdən sonra, kompleks geofiziki və aerokosmik (o cümlədən, PUA-lardan istifadə) üsullardan istifadə edərək tunellərin aşkar edilməsi və xəritələşdirilməsi mümkündür”.
Professor xatırladıb ki, 30 ilə yaxın işğal dövründə Ermənistan ordusu və silahlı birləşmələri tərəfindən Qarabağ ərazisində çoxlu sayda yeraltı hərbi kommunikasiya xətləri çəkilib.
F.Hacızadənin sözlərinə görə, onların bəziləri aşkar edilsə də, mütəxəssislər hesab edirlər ki, yeraltı hərbi kommunikasiya xətlərinin böyük əksəriyyəti hələ aşkar olunmayıb.
“Report”
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












